Çində bina çökməsi nəticəsində ölənlərin sayı artdı

cinde-bina-cokmesi-neticesinde-olenlerin-sayi-artdi
Oxunma sayı: 772

Çinin Suçjou şəhərinin Çzyansu əyalətində mehmanxana binasının çökməsi nəticəsində həlak olanların sayı 17-yə yüksəlib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, ötən çərşənbə axşamı baş verən hadisə yerinə xilasetmə əməliyyatları və dağıntıları aradan qaldırmaq üçün 600-dən çox insan, qaldırıcı kranlar və digər texnika cəlb olunub.

Axtarışlar nəticəsində binanın qalıqları altından 23 nəfəri sağ çıxarmaq mümkün olub. Onlardan 5-i müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Binanın hansı səbəbdən çökməsi hələ açıqlanmır. Araşdırmalar davam edir.