Çində biotəhlükəsizliklə bağlı qanun layihəsi hazırlanır

cinde-biotehlukesizlikle-bagli-qanun-layihesi-hazirlanir
Oxunma sayı: 969

Çində bioloji terror və silah təhdidi ilə bağlı qanun layihəsi yenidən gündəmə gəlib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, qanun layihəsi bioloji terror və silah təhdidlərinin qarşısını almaq məqsədi daşıyır.

Çin Milli Xalq Konqresinin Daimi Komitəsi qanun layihəsini müzakirə etmək üçün paytaxt Pekində bir araya gəlib. Qanun layihəsinin təsdiq olunduğu təqdirdə ölkədə bio-təhlükəsizliyə dair milli koordinasiya mexanizmlərinin yaradılacağı bildirilib.

Bu mexanizmlər, bio-təhlükəsizlik risklərinin mənbələrinin izlənilməsi, hesabatların və erkən xəbərdarlıqların verilməsi məqsədi daşıyır. Eyni zamanda qanun layihəsi laboratoriyaların və bioloji resursların idarə edilməsini də tənzimləyəcək.

Bildilib ki, qanun layihəsinin müzakirəsi aprelin 29-na qədər davam edəcək.

Layihənin epidemiya səbəbindən təxirə salınan illik parlament iclaslarında yekunlaşdırılacağı qeyd olunub.