Çində bir şəhər karantinə alındı

cinde-bir-seher-karantine-alindi
Oxunma sayı: 1810

Çinin şimal-qərbində yerləşən Lanzhou şəhəri karantinə alınıb.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, buna səbəb 4 milyon əhalisi olan şəhərdə koronavirusa yeni yoluxma hallarının artması olub.

Məlumata əsasən, şəhərin yerli rəhbərliyi sakinlərə təcili hallar xaricində evdən çıxmamağı tapşırıb. 

Qeyd olunur ki, qapanma ilə bağlı qərar bütün yaşayış məntəqələrinə şamil edilir.