Çində bir sutkada 27 nəfər koronavirusa yoluxdu

cinde-bir-sutkada-27-nefer-koronavirusa-yoluxdu
Oxunma sayı: 1224

Çində son sutka ərzində 27 nəfər koronavirusa yoluxub, 50 pasiyent sağalıb, ölən yoxdur. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, virusa yoluxanlardan 17-si xaricdən gələn şəxslər, qalan 10-u isə yerli sakinlərdir (yeddisi Heyluntszyan, ikisi Quandun, biri Sıçuan əyalətində).

Çində COVID-19-un yayılmağa başladığı dövrdən bu yana ümumilikdə 84 149 insan virusa yoluxub, 4 642 pasiyent həyatını itirib.