Çində daha 4 nəfər koronavirusdan öldü

cinde-daha-4-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 2208

Çində son sutka ərzində 31 nəfər koronavirusa yoluxub, 322 pasiyent sağalıb və 4 nəfər dünyasını dəyişib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Pandemiyanın ocağı – Hubey əyalətində son sutka ərzində yoluxma faktı qeydə alınmayıb, xəstəxanalardan 317 nəfər buraxılıb (315-i Uhanda), dörd nəfər dünyasını dəyişib (hamısı Uhanda).

Ümumilikdə Çində indiyədək 81 min 470 nəfər bu virusa yoluxub, 75 min 770 nəfər xəstəxanalardan evə buraxılıb, 3304 nəfər vəfat edib.