Çində daha bir güclü zəlzələ - 6,5 bal

cinde-daha-bir-guclu-zelzele
Oxunma sayı: 756

Çinin qərbində 6,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi seysmoloji xidməti məlumat yayıb.

Yeraltı təkanlar Urumçi şəhərində 374 km qərbdə, Qazaxıstanın Dostık şəhərinin 104 kilometrliyində, 10 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, avqustun 8-i axşam saatlarında Sıçuan vilayətində 7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində 150-dən çox insan xəsarət alıb.