Çində daşqın qurbanlarının sayı artıb

cinde-dasqin-qurbanlarinin-sayi-artib
Oxunma sayı: 855

Çində daşqınlar nəticəsində həlak olanların sayı artıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin Henan əyalətində yağan güclü yağışlar və daşqınlar zamanı həlak olanların sayı 69 nəfərə çatıb.

Henan əyalətinin Fövqəladə Hallar üzrə İdarəsinin nümayəndəsi Li Çansunun sözlərinə görə, iyulun 16-dan 26-na kimi təbii fəlakət təqribən 13 milyon nəfərin yaşadığı zonanı əhatə edib.

Məlumatda deyilir ki, 1,47 milyon nəfər təhlükəli bölgələrdən təxliyyə olunub. 157 mindən çox sakinin isə təcili olaraq köməyə ehtiyacı var. Daha 5 nəfər isə itkin düşüb.