Çinin şimalındakı Hibey əyalətində Doksuri qasırğasının yaratdığı daşqınlar səbəbindən 1,2 milyon insan təxliyə edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əyalətdə daşqınlara qarşı mübarizə üçün 8 toplama hövzəsi və müxtəlif ölçülü 155 su anbarı yaradılıb.
Bu ərazilərdə yaşayan 850 min nəfər daxil olmaqla 1,2 milyon vətəndaş müvəqqəti olaraq təhlükəsiz zonalarda sığınacaqlara yerləşdirilib.
Çində 1997-ci ildə qəbul edilmiş Daşqınla Mübarizə Qanunu ilə müəyyən edilmiş plana əsasən, ölkə üzrə 98 daşqın hövzəsindən 13-ü Hibey əyalətində yerləşir.
Son xəbərlər
Son Xəbərlər