Çində gəmi qəzası - 32 nəfər itkin düşüb

cinde-gemi-qezasi
Oxunma sayı: 1534

Çinin şərqində Yanszı çayında gəmi qəzası baş verib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, Panamaya məxsus tankerlə Honq-Konqa məxsus “Cf Crystal” adlı yük gəmisi toqquşub.

Qəzadan sonra batan yük gəmisindəki 21 nəfər xilas edilib, 32 nəfər isə itkin düşüb. Onlardan 30-u İran, ikisi isə Banqladeş vətəndaşıdır.

Hadisə yerinə 8 xilasedici gəmi göndərilib. Axtarış işlər dəstək üçün Cənubi Koreya da 1 gəmi və 1 helikopter göndərib.

Hazırda araşdırmalar aparılır.