Çinin Kayyuan şəhərində şiddətli qasırğa baş verib.
“Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, qasırğa nəticəsində 6 nəfər ölüb, 120 nəfər xəsarət alıb.
Güclü külək evlərin pəncərələrini sındırıb, damını uçurub, avtomobilləri aşırıb.
**
Qasırğa nəticəsində yaralananların sayı 190 nəfərə çatıb. 210 nəfər dağıntılar altından xilas edilib.
Son xəbərlər
Son Xəbərlər