Çinin Kuça şəhərində 5,6 bal gücündə zəlzələ olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.
Yeraltı təkanlar Pekin saatı ilə 16:32 radələrində qeydə alınıb.
Zəlzələnin episentrinin qeyri-yaşayış rayonunda yerləşdiyi bildirilir. Dağıntı, ölən və yaralanan yoxdur.
Son xəbərlər
Son Xəbərlər