Çində heyvan mənşəli yeni virus aşkarlandı

cinde-heyvan-menseli-yeni-virus-askarlandi
Oxunma sayı: 4160

Çin və Sinqapur alimləri insanlara və heyvanlara keçə bilən yeni henipavirus növünü aşkar ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin “Paper” informasiya portalı məlumat yayıb.

Bildirilib ki, virusa “Lanye” adı verilib. Hazırda bu virusa ən azı 35 nəfər yoluxub. Onlarda hərarət, yorğunluq, öskürək, iştahsızlıq, əzələ ağrısı, ürəkbulanma və digər simptomlar müşahidə olunub.

Hazırda henipavirusa qarşı peyvənd yoxdur.