Çində ilk dəfə həkim koronavirusdan öldü

cinde-ilk-defe-hekim-koronavirusdan-oldu
Oxunma sayı: 1739

Çində ilk dəfə xəstəxanalardan birində çalışan həkim koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo”nun “RİA novosti”yə istinadən verdiyi xəbərə görə, 62 yaşlı həkim Lyan Udun Uxanda “Sinxua” xəstəxanasında otolarinqoloq kimi çalışıb. Onda koronavirus infeksiyasının simptomları 16 yanvarda ortaya çıxıb. O, yanvarın 25-də vəfat edib.

Qeyd edək ki, Çində sətəlcəmin ağır forması olan koronavirusa 876 nəfər yoluxub, 41 nəfər ölüb. 

Virusa yoluxma halı Yaponiya, Cənubi Koreya, Tayland, ABŞ-da da qeydə alınıb.