Çində ilk dəfə koronavirusdan ölüm qeydə alınmadı

cinde-ilk-defe-koronavirusdan-olum-qeyde-alinmadi
Oxunma sayı: 1537

Çində son sutka ərzində koronavirusdan vəfat edən olmayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bu, yanvardan indiyədək ilk analoji hadisədir. Son 24 saat ərzində ölkədə 32 yeni yoluxma halı qeydə alınıb, 89 pasiyent sağalıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1,21 milyondan çox yoluxma, 67,6 min ölüm faktı qeydə alınıb.