Çində indi də quş qripi yayılıb

cinde-indi-de-qus-qripi-yayilib
Oxunma sayı: 2128

Çinin Hubey əyalətini cənginə alan ölümcül koronavirusdan sonra ölkədə H5N1 virusu yayılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

Qeyd edilir ki, virus Hubey əyaləti ilə sərhəddə yerləşən Xunan əyalətində tapılıb. Belə ki, Şaoyan şəhərində 4500 broyler cücəsi bu virusdan ölüb. Virusa yoluxanlar arasında insanlar yoxdur.

İnfeksiyanın qarşısını almaq məqsədi ilə yerli hökumət 17 mindən çox ev heyvanını məhv edib.