Çində yay gün dönümününü qeyd etmək üçün Yulin şəhərində keçirilən İt Əti Festivalında itlərin kütləvi qətlinin qarşısını almaq üçün heyvan müdafiəçiləri yenidən ayağa qalxıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, it ətləri ənənəvi yeməklərin hazırlanması üçün istifadə ediləcək. Heyvan müdafiəçiləri isə müxtəlif üsullarla dördayaqlı dostlarının qətlinin qarşısını almağa çalışırlar.
Daha əvvəl yerli icra orqanından bu vəhşi ənənəni qadağan etməyi tələb etsələr də, heç nəyə nail ola bilməyiblər. Bu səbəbdən fəallar həmin heyvanları baha qiymətə almağa məcbur olublar. İt əti satıcıları hər it üçün 136 dollar tələb edirlər.
Qeyd edək ki, hər il keçirilən festivalda 10 minə qədər it öldürülür.
Son xəbərlər
Son Xəbərlər