Çində koronavirus can almaqda davam edir

cinde-koronavirus-can-almaqda-davam-edir
Oxunma sayı: 1903

Çində koronavirusa yoluxanların sayı 78 min nəfəri ötüb, 29 mindən çox insan sağalıb və xəstəxanalardan evə buraxılıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövləti Komitəsi məlumat verib.

Ən son göstəricilərə əsasən, 78064 yoluxma faktı qeydə alınıb, 29745 nəfər xəstəxanalardan evə buraxılıb, 2715 nəfər isə dünyasını dəyişib.

Son sutka ərzində yalnız Hubey əyalətində 401 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər vəfat edib.