Çində koronavirus qurbanlarının sayı yenə artdı

cinde-koronavirus-qurbanlarinin-sayi-yene-artdi
Oxunma sayı: 2466

Çində koronavirusa yoluxanların sayı 80778 nəfərə çatıb, onlardan 3158-i dünyasını dəyişib, 61475-i sağalıb və xəstəxanalardan evə buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Son sutka ərzində bütün ölkə üzrə koronavirusa 24 yeni yoluxma faktı qeydə alınıb, 1578 nəfər xəstəxanalardan evə buraxılıb, 22 nəfər dünyasını dəyişib (hamısı Hubey əyalətində).