Çində koronavirus xəstələrinin sayı 1000-ə düşdü

cinde-koronavirus-xestelerinin-sayi-1000-e-dusdu
Oxunma sayı: 1279

Çində aktiv koronavirus xəstələrinin sayı 1003-ə düşüb.

"Qafqazinfo" xəbər verir ki, Asiya ölkəsində indiyədək Covid-19-a yoluxan 82 758 nəfərdən 77 123-ü sağalıb. Son iki gün ərzində ölkədə koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Qeyd edək ki, indiyədək Covid-19-dan 4 632 nəfərin öldüyü Çində son sutka ərzində 11 nəfər koronavirusa yoluxub.