Çində koronavirusa rekord yoluxma qeydə alındı

Çində koronavirusa rekord yoluxma qeydə alındı
Oxunma sayı: 2326

Çində ötən sutka ərzində koronavirusa 31 mindən çox yoluxma halı qeydə alınıb. 

“Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin sonunda Uhanda koronavirusun aşkar olunmasından bu yana qeydə alınan ən yüksək saydır. 

Məlumata görə, ölkə rəhbərliyi xəstəliklə mübarizə tədbirlərini gücləndirməyə davam edirlər. 

Belə ki, Xenan vilayətinin mərkəzində Çjençjou şəhərində 5 gün ərzində insanlar yalnızca ərzaq məhsulları almaq və yaxud həkimə getmək üçün evdən çıxa bilərlər. Bu qayda şəhərin 8 rayonu üçün keçərlidir. Həmin ərazilərdə isə təqribən 6,6 milyon insan yaşayır. 

Xatırladaq ki, Çinin paytaxtı Pekində koronavirusa yoluxma hallarının artması səbəbindən park, muzey və ticarət mərkəzlərinə giriş bağlanıb.