Çində koronavirusa yoluxanların 90%-dən çoxu sağalıb

cinde-koronavirusa-yoluxanlarin-90-den-coxu-sagalib
Oxunma sayı: 2086

Çində koronavirus xəstələrinin sayı günbəgün aşağı düşür, hazırda xəstəxanalarda 4735 nəfər yatır, bütün yoluxanlardan 90%-dən çoxu sağalıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin açıqladığı göstəricilərə əsasən, Çində koronavirusa yoluxanların sayı 81171 nəfərə çatıb, onlardan 73159-u sağalıb və xəstəxanalardan evə buraxılıb, bu da bütün xəstələnənlərin sayının 90,13%-ni təşkil edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 koronavirus infeksiyasını pandemiya elan edib.