Çində koronavirusa yoluxanların sayı artdı

cinde-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 2737

Çində son sutka ərzində daha 46 koronavirusa yoluxma halı aşkarlanıb, 78 pasiyent sağalıb, 1 nəfər vəfat edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, 46 nəfərdən 36-sı xaricdən gələn şəxslərdir. Digər yoluxma halları isə Heyluntszyan (8 nəfər) və Quandun (2 nəfər) əyalətlərində qeydə alınıb.

Çində COVID-19-un yayılmağa başladığı dövrdən bu yana ümumilikdə 82 052 insan virusa yoluxub, 77 816 nəfər sağalıb, 3 342-si həyatını itirib.