Çində koronavirusa yoluxanların sayı artdı

cinde-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1434

Çində son sutka ərzində daha 30 nəfər koronavirusa yoluxub, 29 nəfər sağalıb, ölən yoxdur. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, virusa yoluxanlardan 23-ü xaricdən gələn şəxslər, 7-si isə yerli sakinlərdir (hamısı Heyluntszyan əyalətində).

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 253 yoluxma halı qeydə alınıb.