Çində koronavirusa yoluxanların sayı artdı

cinde-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 3087

Çində son sutka ərzində daha 57 nəfərdə koronavirus aşkarlanıb, 2 pasiyent sağalıb, ölən olmayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, 57 yoluxma halından 38-i ölkə daxilində (otuz altısı Pekində, ikisi Lyaonin əyalətində), 19-u isə xaricdən gələn şəxslərdə (17-si Quandun əyalətində, biri Şanxayda, biri isə Çuntsində)  müəyyən edilib.

Ölkənin tibb müəssisələrində 129 nəfərin müalicəsi davam etdirilir.

Çində ümumilikdə 83 132 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 369 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.