Çində koronavirusdan ölən olmasa da, yoluxanlar var

cinde-koronavirusdan-olen-olmasa-da-yoluxanlar-var
Oxunma sayı: 972

Çində son sutka ərzində daha 11 nəfər koronavirusa yoluxub, 39 nəfər sağalıb, ölən yoxdur. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, virusa yoluxanlardan 4-ü xaricdən gələn şəxslər, 7-si isə yerli sakinlərdir (altısı Heyluntszyan, biri Quandun əyalətində).

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 239 yoluxma halı qeydə alınıb.