Çində koronavirusla bağlı son vəziyyət

cinde-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1985

Çində son sutka ərzində daha 10 nəfər koronavirusa yoluxub, 56 nəfər sağalıb, ölən yoxdur. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, virusa yoluxanlardan 6-sı xaricdən gələn şəxslər, 4-ü isə yerli sakinlərdir (üçü Heyluntszyan, biri isə Quandun əyalətində).

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 288 yoluxma halı qeydə alınıb.