Çində son sutka ərzində daha 3 nəfərdə koronavirus aşkarlanıb, 6 pasiyent sağalıb, ölən olmayıb. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, yoluxma hallarının hamısı yerli sakinlər arasında aşkarlanıb (ikisi Lyaonin, biri isə Tszilin əyalətində).
Çində ümumilikdə 82 929 yoluxma, 4 633 ölüm halı qeydə alınıb, 78 195 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Hazırda 101 nəfərin müalicəsi davam etdirilir, onlardan 9-nun vəziyyəti ağır qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər