Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
Oxunma sayı: 1560

Çində son sutka ərzində daha 8 nəfərdə koronavirus aşkarlanıb, 10 pasiyent sağalıb, ölən olmayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yoluxma hallarından 2-si ölkə daxilində (Tszilin əyalətində), 6-sı isə xaricdən gələn şəxslərdə aşkarlanıb (biri Haynanda, beşi Şanxayda).

Ölkənin tibb müəssisələrində 89 nəfərin müalicəsi davam etdirilir, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir. 

Çində ümumilikdə 82 941 yoluxma, 4 633 ölüm halı qeydə alınıb, 78 219 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi