Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1569

Çində son sutka ərzində daha 6 nəfərdə koronavirus aşkarlanıb, 3 pasiyent sağalıb, ölən olmayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yoluxma hallarından 3-ü ölkə daxilində (ikisi Tszilin, biri Hubey əyalətində), 3-ü isə xaricdən gələn şəxslərdə aşkarlanıb (Daxili Monqolustan Muxtar Rayonunda).

Ölkənin tibb müəssisələrində 85 nəfərin müalicəsi davam etdirilir, onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir. 

Çində ümumilikdə 82 960 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 241 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.