Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
Oxunma sayı: 1214

Çində son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yoluxma hallarından 2-si ölkə daxilində (hamısı Tszilin əyalətində), 2-si isə xaricdən gələn şəxsdə aşkarlanıb.

Ölkənin tibb müəssisələrində 82 nəfərin müalicəsi davam etdirilir, onlardan 8-nin vəziyyəti ağır qiymətləndirilir. 

Çində ümumilikdə 82 971 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 255 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi