Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 2697

Çində son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkarlanıb, 11 pasiyent sağalıb, ölən olmayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, virus xaricdən gələn şəxslərdə tapılıb (biri Şanxayda, biri Quandunda, ikisi isə Şandunda).

Ölkənin tibb müəssisələrində 63 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Çində ümumilikdə 82 999 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 302 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.