Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1925

Çində son sutka ərzində daha 47 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 915-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 943 xəstə sağalıb. Ölkədə 338 aktiv koronavirus xəstəsi var ki, onlardan da 7-nin vəziyyəti ağır qiymətləndirilir.