Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1214

Çində son sutka ərzində daha 55 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 87,591-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 82,260 xəstə sağalıb.

Ölkədə 697 aktiv koronavirus xəstəsi var ki, onlardan da 18-nin vəziyyəti ağır qiymətləndirilir.