Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1501

Çində son sutka ərzində daha 103 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 88 557-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 635-dir. Ümumilikdə 82 449 xəstə sağalıb.

Ölkədə 1 473 aktiv koronavirus xəstəsi var ki, onlardan da 62-nin vəziyyəti ağır qiymətləndirilir.