Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1443

Çində son sutka ərzində 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 681-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 83 810 xəstə sağalıb.

Ölkədə 1 235 aktiv koronavirus xəstəsi var ki, onlardan da 27-nin vəziyyəti ağır qiymətləndirilir.