Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1136

Çində son sutka ərzində 14 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 720-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 84 027 xəstə sağalıb.

Ölkədə 1 057 aktiv koronavirus xəstəsi var ki, onlardan da 18-nin vəziyyəti ağır qiymətləndirilir.