Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1935

Çində son sutka ərzində 8 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 190-a yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 381 xəstə sağalıb.

Ölkədə 173 aktiv koronavirus xəstəsi var.