Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1366

Çində son sutka ərzində 19 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 566-ya yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 624 xəstə sağalıb.

Ölkədə 306 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.