Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1319

Çində son sutka ərzində 17 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 714-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 753 xəstə sağalıb.

Ölkədə 325 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.