Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1878

Çində son sutka ərzində 14 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 783-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 845 xəstə sağalıb.

Ölkədə 302 aktiv koronavirus xəstəsi var.