Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

cinde-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1356

Çində son sutka ərzində 24 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 92 119-a yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 982 xəstə sağalıb.

Ölkədə 501 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.