Çində leysan 25 nəfərin ölümünə səbəb oldu

cinde-leysan-25-neferin-olumune-sebeb-oldu
Oxunma sayı: 973

Çinin cənubunda güclü leysan yağışları azı 25 nəfərin həyatına son qoyub.

“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, ölkə rəsmiləri təkcə Hunan əyalətində bu ay 10 nəfərin öldüyünü, 3 nəfərin itkin düşdüyünü, 286 min insanın isə təxliyə edildiyini açıqlayıb.

Ümumilikdə 1,79 milyon sakinin təbii fəlakətdən zərər gördüyü bildirilib.

Rəsmi məlumata görə, leysanın vurduğu iqtisadi zərər 4 milyard yuandan (600 milyon dollar - red.) çox olaraq qiymətləndirilir.

Nəzrin Cavadzadə