Çinin paytaxtı Pekində güclü leysan yağışları səbəbindən 31 mindən çox insan təxliyə edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CCTV” telekanalı yayıb.
Sinoptiklərin məlumatına görə, şənbə günü axşam saatlarından bazar ertəsi səhərə qədər orta hesabla 157,8 mm yağıntı qeydə alınıb. Çayların daşaraq sel və torpaq sürüşməsinə səbəb olacağı gözlənilir.
Bu gün Pekində 180-dən çox reys təxirə salınıb. Eyni zamanda, paytaxtın 350-dən çox avtomobil yolunda hərəkət dayanıb.
Bununla yanaşı, Hebei, Tyantszin vilayətlərində, eləcə də Şansi bölgəsində leysan davam edir.
Son xəbərlər
Son Xəbərlər