Çində maşını piyadaların üstünə sürdü - 5 ölü,13 yaralı+ Video

cinde-masini-piyadalarin-ustune-surdu
Oxunma sayı: 2769

Çinin cənubundakı Quançjou şəhərində bir nəfərin maşını piyadaların üzərinə sürməsi ölümlə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, Quançjou polisindən verilən açıqlamada, hadisə zamanı 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilib.

Qəzadan sonra 22 yaşlı sürücünün nəzarətə alındığı və hadisə ilə bağlı istintaq başladıldığı deyilir.

Sürücünün hadisəni qəsdən edib-etmədiyi hələlik məlum olmasa da, qəza görüntülərində onun yoluna davam etdiyi görünüb.