Çində mədəndə partlayış - Ölənlər və yaralananlar var

cinde-medende-partlayis
Oxunma sayı: 661

Çində mədənlərin birində partlayış olub.

“Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, Şansi əyalətinin Pinyao rayonunda baş vermiş hadisədə 15 nəfər ölüb, 9 nəfər yaralanıb. Partlayış zamanı şaxtada 35 işçi olub.

Onlardan 11-nin həyatını xilas etmək mümkün olub.