Çinin Siçuan bölgəsində 3 gündür davam edən meşə yanğınlarında 24 yanğınsöndürən ölüb.
“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, yanğına müdaxilə üçün ümumilikdə 689 yanğınsöndürən əraziyə cəlb edilib.
Yanğına müdaxilə zamanı küləyin anidən tərsinə əsməsi nəticəsində yanğınsöndürənlər alovun arasında qalıb.
Axtarışlar nəticəsində 24 nəfərin cəsədi tapılıb.
Hazırda yanğın davam edir.
Son xəbərlər
Son Xəbərlər