Çində ölümcül virusa yoluxanların sayında artım var

cinde-olumcul-virusa-yoluxanlarin-sayinda-artim-var
Oxunma sayı: 1690

Çində koronavirusun yeni növünə yoluxanların sayı daha da artıb. “Qafqazinfo”nun Çinin Mərkəzi Televiziyasına istinadən məlumatına görə, onların sayı 1372 nəfərə çatıb.

Daha əvvəl 41 nəfərin öldüyü, 1287 nəfərin virusa yoluxduğu bildirilirdi.

Artıq Çinin Uxan şəhərində koronavirusa yoluxmuş pasiyentlər üçün müvəqqəti xəstəxananın tikintisinə də başlanılıb. Fevralın 3-də onun istifadəyə veriləcəyi gözlənilir.