Çində Urumçidən Xançouya gedən bir sərnişin qatarı dəmir yolundakı işçiləri vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat verib.
Hadisə Qansu vilayətinin Tsinçan mahalında yolun 401 kilometrliyində baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində qatar yolunda çalışan 9 fəhlə həlak olub.
İnsidentin təfərrüatları barədə məlumat verilməyib.
Axtarış-xilasetmə işləri davam edir, hadisənin səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər