Çinin şimal-şərqindəki Çzilin əyalətində qaz borusunda partlayış baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Ninçzyan şəhərində qeydə alınıb.
Məlumata görə, kanalizasiya sistemində aparılan təmir zamanı işçilər qaz borusunda sızıntı olduğunu müəyyən ediblər. Partlayış qaz xidmətinin əməkdaşlarının hadisə yerinə gəldikləri zaman baş verib.
Hadisə zamanı 5 nəfər həlak olub. Daha 89 nəfər isə xəsarət alıb. Onlardan 14-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər