Çində qırıcı təyyarə evin üzərinə düşdü - 1 ölü, 2 yaralı

cinde-qirici-teyyare-evin-uzerine-dusdu
Oxunma sayı: 854

Çinin Hubey əyalətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə evin üzərinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Hadisə nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər isə xəsarət alıb.

Təyyarənin təlim uçuşu etdiyi məlum olub. Pilot katapult etməyə nail olub. O, xəstəxanaya çatdırılıb.